Bakıda iki maşın toqquşub, xəsarət alanlar var - FOTO

Bakının Nərimanov rayonunda yol qəzası zamanı iki nəfər xəsarət alıb.
Hadisə Mirəli Qaşqay və Möhsün Sənani küçələrinin kəsişməsində qeydə alınıb.
Möhsün Sənani küçəsində hərəkətdə olan “Ford” markalı maşının sürücüsü kəsişmədəki yol nişanını görməyib. Nəticədə onun avtomobili əsas yolda, yəni Mirəli Qaşqay küçəsində olan “Hyundai” markalı maşına çırpılıb. İdarəetmədən çıxan “Hyundai” binaya çırpılaraq dayanıb.
Qəza nəticəsində “Ford”un sürücüsü və “Hyundai”ın qadın sərnişini müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib.
Hadisə şahidi Şirxan Adıgözəlov APA-ya bildirib ki, yol nişanının qarşısını ağac və yük avtomobili kəsib. Məhz buna görə də yol nişanı görünməz vəziyyətə düşüb.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Bakıdakı dəhşətli qəzada iştirak edən sürücülərin kimliyi BİLİNDİ - YENİLƏNİB + VİDEO
Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində baş verən ağır yol-nəqliyyat hadisəsində iştirak edən sürücülərin kimliyi məlum olub. Baş Dövlət Yol Polisi İdarə...
