VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İş adamı sevgilisi Ziya Hüseynzadə tərəfindən döylərək işgəncələrə məruz qalan model Razi Əliyeva sosial şəbəkədə yeni fotolarını paylaşıb. 

BAKU.WS xəbər verir ki, o, Ziyanın ona yazdığı mesajların görüntüsünü yayımlayaraq 12 dəfə abort etdirməsi və narkotikdən istifadə etməsi xəbərlərinin doğru olmadığını bildirib. Razi Ziyadan hamilə olduğunu və o uşağı abort etdirdiyini deyib. Model sevgilisinin onun həyatına qəsd etməsindən də danışıb:

"Münasibətimi subay və ilk baxışdan normal oğlanla başlamışdım. Heç kim münasibətin əvvəlində insanın necə olduğunu bilmir. O, məni döyməyə, təhqir erməyə, işgəncə verməyə, alçaltmağa başlayandan sonra ayrılmaq istədim, lakin onun məni şantaj etməsi və hədə qorxu gəlməsi məni bundan çəkindirdi. Mənə bıçaqla işgəncə verirdi, 13-cü mərtəbənin pəncərəsindən aşağı atmaq istədi, məni boğurdu və ölümcül dərəcədə döyürdü". 

Razi Əliyeva ona yaşadığı bu çətin günlərdə dətsək olan hər kəsə təşəkkürünü bildirib:

"Çox təəssüf ki, mənim yaşadığım cəhənnəmin şahidi oldunuz və indi sizə hər şeyi şərh etməyi özümə borc bilirəm. Əvvəla onu bildirmək istəyirəm ki, mən olunan dəstəyə və köməyə görə hər kəsə minnətdarlığımı bildirirəm. Hamı bacardığı qədər mənə dəstək oldu, yanımda oldu. Mən bunu heç vaxt unutmaram. Doğrunu bilməyib məni daşlayan insanlar kimi etmədiyiniz üçün sonsuz təşəkkür edirəm sizə".

Qeyd edək ki, Ziya Hüseynzadə modelə qarşı törətdiyi əməllərə görə iyunun 1-də həbs edilib. 

BAKU.WS
QALEREYA