SİZİN REKLAM BURADA!
055 213 76 73


Ağstafada bir müddət əvvəl qətlə yetirilən 13 yaşlı Cavanşir Bədirovun ailəsi və qohumları arasında mübahisə düşüb.

BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, mübahisə sonradan kütləvi davaya çevrilib.

Hadisə rayonun Poylu qəsəbəsində baş verib. İddia edilir ki, dava zamanı dünyasını dəyişmiş yeniyetmənin əmisi 52 yaşlı Elşən Bədirov qardaşı oğlu, 33 yaşlı Camal Bədirovun baş nahiyəsinə kəsici-deşici alətlə xəsarətlər yetirib.

Camalın qardaşı Məhəmməd isə Elşənin oğlu, 25 yaşlı Elbrusa kəsici-deşici alətlə daxilə nüfuz edən xəsarətlər yetirib. Yaralılar xəstəxanaya yerləşdirilib.

Xəsarət alan Elbrus dərhal əməliyyat olunub.
Qətlə yetirilən yeniyetmənin anası iddia edir ki, hadisə söyüş üstündə baş verib.

Elşən və Məhəmməd Bədirovlar polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Daha ətraflı süjetdə:

BAKU.WS
VİDEO