SİZİN REKLAM BURADA!
055 213 76 73



Gürcüstana 3 milyondan artıq rubl keçirmək istəyən azərbaycanlı sərhəddə saxlanılıb.

BAKU.WS Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzinə istinadən bildirir ki, oktyabrın 23-də "Şıxlı" sərhəd nəzarət məntəqəsində Azərbaycandan Gürcüstana gedən Azərbaycan vətəndaşı, Ağstafa rayonunun Zəlimxan kənd sakini Mamazadə Kamal Paşa oğlunun idarə etdiyi "Mercedes" markalı, 90-CH-370 nömrəli avtomaşına sərhəd baxışı zamanı nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən ümumilikdə 3 219 600 rus rublu DSX əməkdaşları tərəfindən aşkarlanaraq saxlanılıb.

Faktla bağlı əməliyyat-İstintaq tədbirləri davam etdirilir.
 
BAKU.WS