SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının Nərimanov rayonunda yol nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə metronun Koroğlu stansiyasının yaxınlığında baş verib.

Belə ki, 1949-cu il təvəllüdlü Rüstəmova Surəya Şəfi qızı yolu keçərkən onu minik maşını vurub.

Yaralı ağır bədən xəsarətləri alaraq Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Fakt üzrə Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

BAKU.WS