SİZİN REKLAM BURADA!
055 213 76 73


Şamaxıda avtomobil yanıb.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, yanğın rayonunun Acıdərə adlanan ərazisində baş verib.

Yanğın 1982-ci il təvəllüdlü Rzayev Elçin Həsənbala oğluna məxsus “Hummer” markalı avtomobildə olub.

Yanğın yerinə yanğınsöndürən maşın və şəxsi heyət cəlb olunub.

Avtomobilin yanar konstruksiyaları tamamilə sıradan çıxıb.

Hadisə zamanı xəsarət alan olmayıb.

BAKU.WS