SİZİN REKLAM BURADA!
055 213 76 73


Şirvan şəhərində fəhlələr iş prosesində xəsarət alıblar.

BAKU.WS report-a istinadən xəbər verir ki, iş prosesi zamanı “Şirvan OIL” şirkətinin işçiləri, Şirvan şəhər sakinləri, 1965-ci il təvəllüdlü Mahmudov İlyas Ağaməli oğlu və 1973-cü il təvəllüdlü Şükürov Şamil Əvəz oğlunun üzərinə dəmir parçaları düşüb.

Nəticədə hər iki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Onlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS