SİZİN REKLAM BURADA!
055 213 76 73


Gəncədə marketə basqının görüntüləri yayılıb.

BAKU.WS xəbər verir ki, DİN Mətbuat Xidmətinin Gəncə regional qrupu tərəfindən yayılan videoda 1 nəfər maskalı şəxsin qanunsuz olaraq daxil olması, gözətçiyə küt alətlə xəsarət yetirməsi və oradan içində külli miqdarda pul olan dəmir seyfi aparması aydın görünür.

İlkin dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib və dəmir seyfi marketin yaxınlığındakı tikintidə qəsdən gizlətdiyini bildirib.

Həmin görüntüləri təqdim edirik:

***10:30

Gəncədə tanınmış “Megastore” mağazasında quldurluq edən şəxs tutulub.

BAKU.WS xəbər verir ki, bu barədə qafqazinfo-ya DİN Mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib.

Rəsmi məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə quldurluğu törətməkdə şübhəli bilinən 1994-cü il təvəllüdlü Nicat Abdullayev tutularaq istintaqa təhvil verilib.

Qeyd edək ki, N.Abdullayev mağazaya gələrək orada olan 69 yaşlı gözətçiyə küt alətlə xəsarət yetirmiş, onun əl və ayaqlarını yapışqan lentlə bağlayaraq mağazadan içində 157 151 manat, 6040 dollar və 18 100 rubl olan seyfi aparmışdı. Polis əməkdaşları tərəfindən seyf mağazaya yaxın ərazidə basdırılmış vəziyyətdə tapılmışdı.

BAKU.WS
VİDEO