SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı şəhəri 60 nömrəli tam orta məktəbdə 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə əlaqədar vəsait toplanması ilə bağlı məlumat yayılıb.

BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, bu dəfə həm qadınlar, həm də kişilər üçün pul yığılması ilə bağlı səs yazısı sosial şəbəkələrdə paylaşılıb.

Səs yazısından aydın olur ki, valideynlərdən biri pul yığılmasına etiraz edir.

Səs yazısında valideynlər həmçinin fond pulu yığılmasına da narazılıqlarını ifadə edirlər.

Xatırladaq ki, elm və təhsil naziri Emin Əmrullayev bir neçə gün əvvəl bununla bağlı xəbərdarlıq etmişdi.

Məsələ ilə bağlı aidiyyəti üzrə Elm və Təhsil Nazirliyinə sorğu ünvanladıq. Bildirildi ki, anonim müraciətlər qəbul edilmir. Faktın araşdırlması üçün müraciət olunmalıdır. Təbii ki, bahalı hədiyyələr, pul yığılması pedaqoji fəaliyyətə ziddir.

60 nömrəli məktəbdən isə bildirilib ki, məktəbin 5a sinfinin valideyni şəxsi qərarı ilə bayramla əlaqədar pul yığılması ilə bağlı vatsap qrupunda sinfin digər valideynləri ilə müzakirə aparıb. Valideynlər razılaşmadığı üçün bu təşəbbüsdən yan keçib. Məsələ ilə bağlı bu gün həmin sinfin validenləri ilə iclas keçirilib və valideynlərə müvafiq tövsiyələr verilib. Bu kimi halların qarşısını almaq üçün məktəb rəhbərliyi tərəfindən pedaqoji kollektivlə də görüşlər keçirilib.

Bakı şəhəri üzrə Təhsil İdarəsindən isə sorğumuza cavab olaraq bildirildi ki, fakt araşdırlır.

BAKU.WS
VİDEO