SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının Nizami rayonunda sərxoş vəziyyətdə 6 nəqliyyat vasitəsinə qəsdən ziyan vuran şəxs saxlanılıb.

Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən (DİN) məlumat verilib.

Belə ki, müxtəlif ünvanlarda saxlanılan avtomobillərə gecə saatlarında naməlum şəxs tərəfindən qəsdən ziyan vurularaq cızılıb.

Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində aparılan araşdırmalar zamanı həmin şəxsin 6 nəqliyyat vasitəsinə ziyan vurduğu müəyyən edilib.

Şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində hadisələri törətməkdə şübhəli bilinən Ramil Quliyev saxlanılıb.

Həmin şəxs ifadəsində hadisələri sərxoş vəziyyətdə törətdiyini bildirib.

Qeyd edək ki, Ramil Quliyevin nəqliyyat vasitələrinə ziyan vurması binalarının müşahidə kameraları vasitəsi ilə də lentə alınıb. Faktlarla bağlı 24-cü Polis Şöbəsində toplanan materiallar Nizami Rayon Polis İdarəsinə göndərilib, araşdırmalar davam etdirilir.

BAKU.WS
VİDEO