SİZİN REKLAM BURADA!
055 213 76 73


Kürdəmirdə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS “report”a istinadən xəbər verir ki, hadisə rayonun Babək prospektində qeydə alınıb.

İki VAZ-2107 və “Mitsubishi” markalı avtomobillərin toqquşması nəticəsində sürücülər, rayon sakinləri 35 yaşlı Əbilov Namiq Söhrab oğlu və 50 yaşlı Məmmədov Akif Emin oğlu müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.

Hər iki yaralı dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Fakt araşdırılır.

BAKU.WS
QALEREYA