SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının Nəsimi rayonunda oğul anasını döyüb.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə Azadlıq prospektində qeydə alınıb.

Belə ki, 1957-ci il təvəllüdlü Mustafayeva Afizər Yunis qızı yaşadığı evdə oğlunun işgəncəsinə məruz qalıb.

Oğlu onu ağac budağı ilə döyüb.

Yaralı qonşuların köməkliyi ilə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.

A.Mustafayevaya qapalı kəllə-beyin travması, alın nahiyəsinin açıq yarası və burun sümüklərinin yer dəyişən sınığı diaqnozu qoyulub.

Faktı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

BAKU.WS