SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Ötən gecə cəbhədə təxribat yaradan ermənilərə Ordumuz tərəfindən layiqli cavab verilib. 

 

BAKU.WS-in məlumatına görə, Erməni KİV erməni mövqelərinə Azərbaycan ordusu tərəfindən DŞK pulemyotundan 155, "İstiqlal" snayper silahından 109 atəş açıldığı məlumatını yayıb. Düşmən mövqeyə 1 AQS-17 qumbaraatanından bir mərmi atılıb. Azərbaycan əsgərlərinin atdığı bu tək mərmi ermənilərin hərbi yük maşınının kabinesini parçalayaraq içəri düşüb. Kabinədə erməni əsgərlərinin olub-olmadığı bildirilmir. Digər məlumatda isə bu gün səhər cəbhədə 1996-cı il təvəllüdlü erməni əsgər Ayk Ambarsunmyanın yaralandığı bildirilir.  

 

Qeyd edək ki, ötən gün Ermənistan yenidən cəbhə xəttində vəziyyətin gərginləşdirilməsi üçün təxribat əməllərinə başlayıb.


Oktyabrın 5-də axşam saatlarında qoşunların qarşıdurma xəttində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən mövqelərimizin atəşə tutulması nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Məmmədov Sahil Sabir oğlu şəhid olub.


Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyib! Bildirilib ki, qoşunların qarşıdurma xəttində baş verən növbəti qanlı təxribata görə məsuliyyət bütünlüklə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

 

BAKU.WS