SİZİN REKLAM BURADA!
055 213 76 73


Nizami rayonunda yerləşən 272 nömrəli tam orta məktəbin həyətində təhlükəli vəziyyətlə bağlı məlumat verilib. 

Məktəbdən BAKU.WS-ə verilən məlumata görə, ötən gün başlayan güclü külək nəticəsində qonşuluqda yerləşən binanın həyətində yerləşən söhbətgahın damı məktəbin həyətinə düşüb. Məktəbin həyətində söhbətgah yoxdur.  

***14.29

Bakıda külək məktəb həyətindəki söhbətgahın dam örtüyünü uçurub.

BAKU.WS-in xəbərinə görə, hadisə Nizami rayonunda yerləşən 272 nömrəli tam orta məktəbdə baş verib.

Məlumata görə, hadisəyə ölkə ərazisində qeydə alınan küləkli hava şəraiti səbəb olub.

Xoşbəxtlikdən hadisə zamanı xəsarət alanın olmadığı bildirilir.

Xatırladaq ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində zəruri təhlükəsizlik tədbirlərinin təmin edilməsi ilə bağlı məktəblərə tapşırıqlar verilib. Belə ki, təhsilalanların və təhsilverənlərin təhlükəsizliyinin, təhsildə fasiləsizliyin təmin olunması diqqət mərkəzində saxlanılan əsas amillər olduğu qeyd olunub.

BAKU.WS
QALEREYA