İrandan Azərbaycana qanunsuz yolla keçmək istəyənlər saxlanılıb

Fevralın 2-də saat 16:25-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin Astara rayonunun Sım kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İrandan Azərbaycan istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərən 2 nəfər naməlum şəxs sərhəd naryadının sayıqlığı nəticəsində saxlanılıb.
Bu barədə BAKU.WS-ə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, araşdırma zamanı saxlanılan şəxslərin Əfqanıstan vətəndaşları - 2003-cü il təvəllüdlü Raja Məhəmməd Qoçuməhəmməd oğlu və 2006-cı il təvəllüdlü Zahidullah Mədaxil Məhəmmədqol oğlu olmaları müəyyən edilib.
Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Azərbaycana 53 kq-a yaxın narkotikin gətirilməsinin qarşısı alınıb
Azərbaycana 53 kq-a yaxın narkotikin gətirilməsinin qarşısı alınıb. Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən BAKU.WS-ə verilən məlumata görə, son günl...
