SİZİN REKLAM BURADA!
055 213 76 73


Gəncədə yanacaqdaşıyan avtomobildə yanğın olub.

Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə şəhərin Sevinc qəsəbəsində yanacaqdaşıyan avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub. Yaxınlıqdakı ərazilər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

BAKU.WS