SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda 4 otaqlı evdə yanğın hadisəsi baş verib.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə Xətai rayonu Əhmədli qəsəbəsində baş verib.

4 otaqlı fərdi yaşayış evinin bir otağında tüstülənmə olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətinin əməkdaşları cəlb olunub.

Hazırda evdəki yanğının söndürülməsi istiqamətində işlər görülür.

BAKU.WS