SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanın İrandakı Səfirliyinə edilən terror aktı zamanı cinayətkarı zərərsizləşdirən şəxsin kimliyi məlum olub.

BAKU.WS 7NEWS.az-a istinadən xəbər verir ki, həmin şəxs səfirliyimizin təhlükəsizlik xidmətinin əməkdaşı Vasif Tağıyevdir.

Əslən Şuşadan olan Tağıyev Vasif Natiq oğlu ailəlidir, onun iki qız, bir oğlan olmaqla üç övladı var. Vasif Tağıyev 1989-cu ildə Şuşa şəhərində anadan olub, orada qeydiyyatdadır, məcburi köçkün kimi qeydiyyatdadır. Bir bacısı, bir qardaşı var. Anası hal-hazırda həkimdir, atası təqaüddədir.

Xatırladaq ki, yanvarın 27-si Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycanın İrandakı Səfirliyinə silahlı hücum olub. Hücum zamanı mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid olub, daha iki nəfər yaralanıb.

 

BAKU.WS