SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyədə ağır yol nəqliyyat hadisəsi baş verib.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, qəza gecə saat 00:30 radələrində Manavqat bölgəsindən Antalyaya gedən istiqamətdə yaşanıb.

Sürücü Murat Volkan Sevimin idarə etdiyi minik maşını tərəvəz daşıyan KamAZ-la toqquşub. Hadisə nəticəsinə KamAZ aşıb. Avtomobil isə bir neçə dəqiqə sonra alovlanmağa başlayıb.

Ətrafdakıların müdaxiləsi ilə yanan avtomobil qısa müddətdə söndürülüb. Qəza yerinə yanğınsöndürən, təcili yardım maşını və polis əməkdaşları cəlb olunub.

Avtomobildə qalan Murat Volkan Sevim və KamAZ-ın sürücüsü S.A. təcili yardımla xəstəxanaya çatdırılıblar. Həkimlərin müdaxilələrinə baxmayaraq, Murat Volkan Sevimi xilas etmək mümkün olmayıb. O, xəstəxanada vəfat edib.

Aparılan araşdırmalar zamanı Murat Volkan Sevimin dəfələrlə sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün 2021-ci ildən sürücülük vəsiqəsinə əl qoyulduğu ortaya çıxıb.

2042-ci ilə qədər sürücülük vəsiqəsinin istifadəsinə qadağa qoyulan Sevimin qəza zamanı qanında 1.98 promil alkoqol müəyyən edilib.

Zöhrə Pənahi
BAKU.WS
VİDEO