VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Paytaxt restoranlarından birində yemək yeyən müştərilər hesabı ödəmədən qaçması barədə məlumat vermişdik.

BAKU.WS-in verdiyi məlumatda bildirilirdi ki, hadisə Xətai rayonunda yerləşən restoranlardan birində baş verib. Ailəvi şəkildə restorana gələnlər 100 manatdan çox sifariş verərək yeyib içiblər. Sonradan elə ailəvi şəkildə də məkanın pəncərəsindən çıxaraq qaçıblar. Bütün bunlar kameraya düşüb.

Polis həmin şəxsləri tapıb.

Bu barədə “oxu.az”ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Şöbəsinin əməkdaşı, polis mayoru Anar Qafarov cavab verib.

O bildirib ki, görüntülərdəki şəxslər müəyyən edilərək Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə dəvət ediliblər:

“Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) müvafiq maddəsi ilə protokol tərtib edilib və hər biri 50 manat məbləğində cərimələniblər. Eyni zamanda, həmin şəxslər restorana vurduqları ziyanı da ödəyiblər”.

BAKU.WS
VİDEO