SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı şəhəri, Yasamal rayonunda yük maşını aşıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb.

İlkin versiyaya əsasən, “İsuzu” markalı yük maşınının sürücüsü qarşıdan gələn “Toyota Prius” markalı minik avtomobili ilə toqquşmadan yayınmaq istəyərkən idarəetməni itirərək maşını aşırıb.

Hadisə nəticəsində sürücü xəsarət alıb.

BAKU.WS