SİZİN REKLAM BURADA!
055 213 76 73


Baş Prokurorluq Abşeron rayonu, Masazır qəsəbəsində yeni doğulan körpənin valideyni tərəfindən küçəyə atılması barədə açıqlama verib.

Qurumun Mətbuat xidmətindən BAKU.WS-ə bildirilib ki, qeyd olunan faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

***08:12

Abşeron rayonu, Masazır qəsəbəsində yeni doğulan körpə valideyni tərəfindən küçəyə atılıb.

Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.

Məlumata görə, market paketinə qoyularaq küçəyə atılan körpə vəfat edib.

Ətraflı məlumat veriləcək.

Orxan Hüseyn
BAKU.WS
VİDEO