SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının Nəsimi rayonunda sərnişin avtobusu qəzaya düşüb, xəsarət alan var.

"Report"un məlumatına görə, 3 saylı xətt üzrə hərəkətdə olan sərnişin avtobusu minik avtomobili ilə toqquşub.

Hadisə zamanı avtobusda olan sərnişin 1992-ci il təvəllüdlü Quliyeva Fatimə Bəhram qızı xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ ayağının sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

BAKU.WS