17 yaşlı itkin düşdüyü deyilən oğlan kanalda batıb
Ağcabədidə gənc oğlan itkin düşüb.
Bu barədə BAKU.WS-ə onun yaxınları məlumat verib.
Bildirilir ki, 17 yaşlı Adil Əkbər oğlu Həsənov fevralın 4-də evdən çıxaraq geri qayıtmayıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) BAKU.WS-ə məlumat verilib ki, Ağcabədidə itkin düşdüyü bildirilən gənc oğlan kanalda batıb.
Qeyd edilib ki, Yuxarı Qarabağ kanalının Ağcabədi rayonu, Xocavənd kəndindən keçən hissəsində bir nəfərin batması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Qalereya
Oxşar xəbərlər
Bakıda ərini öldürüb həyətdə basdıran qadına hökm oxunub
Bakının Sabunçu rayonunda ərini qətlə yetirərək yaşadığı həyətdə basdırmaqda təqsirləndirilən Elmira İbrahimovanin cinayət işi üzrə məhkəməsi yekunlaşıb. BAKU.W...