SİZİN REKLAM BURADA!
055 213 76 73



Qax rayonunun Cüdüllü kəndində bir ailənin 4 üzvü zəhərlənib.

BAKU.WS Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, 1972-ci il təvəllüdlü Şərifova Kəmalə Musa qızı, 1992-ci il təvəllüdlü Neftəliyeva Gülnar İmran qızı, 2002-ci il təvəllüdlü Şərifzadə Əli Mübariz oğlu və 1974-cü il təvəllüdlü Şərifova Şəfəq Cuma qızı zəhərlənmə əlamətləri ilə Qax rayon Mərkəzi Xəstaxanaya catdırılıblar.

Xəstələrə dərhal ilk yardım göstərilib. Zərərçəkənlərin vəziyyəti orta ağırdır. Hadisənin baş verməsinə səbəb isə yeməkdə duz əvəzinə səhvən "xlorofos"dan istifadə olunmasıdır.
 
Aysel.Ş
BAKU.WS