SİZİN REKLAM BURADA!
055 213 76 73


Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində iki gün əvvəl şəhər ərazisində yerləşən mobil telefon satışı mağazalarının birindən 11 ədəd mobil telefon, 2 ədəd smart saat, 1 ədəd planşet, eləcə də müxtəlif sayda telefon aksessuarları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Elbrus Zeynalov və Altay Xeyirxəbərov saxlanılıblar.

Bu barədə BAKU.WS-ə DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat daxil olub.

Məlumata görə, dindirilmə zamanı hər iki şəxs törətdikləri cinayət əməlini etiraf ediblər. Saxlanılan şəxslərin ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onların digər bir cinayətlərinin üstü də açılıb. Araşdırmalar zamanı məlum olub ki, E.Zeynalov və A.Xeyirxəbərov sentyabr ayının əvvəlində də Şirvan şəhəri ərazisində analoji oğurluq hadisəsini törədərək, mağazaların birindən 15 ədəd mobil telefon və 1 ədəd planşet oğurlamaqla zərərçəkmişə 5030 manat maddi ziyan vurublar. Həmin şəxslər hər iki oğurluq hadisəsi zamanı əldə etdikləri qənimətləri isə dəyərindən ucuz qiymətə sataraq əldə etdikləri pulları öz aralarında bölüblər.

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Polis əməkdaşları həmin şəxslərin respublikanın digər bölgələrində də analoji cinayətlərdə iştirakını da istisna etmir. Əgər onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, DİN-in "102" xidmətinə, həmçinin Şirvan ŞPŞ-nə müraciət etmələri xahiş olunur.

***12.10.2022, 13:51

"Şirvan şəhər sakini Xəyal Şükürullayev oktyabrın 11-də Şəhər Polis Şöbəsinə müraciət edərək səhər saatlarında icarə əsasında işlətdiyi telefon mağazasından 11 ədəd mobil telefonun, 2 ədəd smart saatın, 1 ədəd planşetin, eləcə də müxtəlif sayda telefon aksessuarlarının oğurlanması barədə məlumat verib".

Bunu BAKU.WS-ə açıqlamasında DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov bildirib.

O əlavə edib ki, Daxil olmuş müraciətlə əlaqədar polis əməkdaşları dərhal hadisə yerinə gəlib və ilkin istintaq hərəkətləri keçirilib.

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi açılıb. Hadisəni törədən şəxsin müəyyən edilərək saxlanılması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

***12:43

Şirvan şəhərində Qarabağ qazisinə məxsus telefon mağazasında külli miqdarda oğurluq hadisəsi baş verib.

Bu barədə BAKU.WS-in "qaynar xətt"inə məlumat daxil olub.

Mağazanın sahibi Şükürüllayev Xəyal bildirib ki, 7500 manatlıq mobil telefon, elektron saat və digər aşyalar oğurlanıb.

Hadisə ilə bağlı polisə müraciət edilib.

BAKU.WS
VİDEO