SİZİN REKLAM BURADA!
055 213 76 73


Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin Sidqi Ruhulla küçəsində qeydə alınıb. "VAZ 2109" markalı minik maşını 9 saylı xətt üzrə işləyən "İsuzu" markalı sərnişin avtobusuna çırpılıb. Daha sonra minik maşını yoldan çıxaraq yol kənarındakı ağaca dəyib, minik maşınının sürücüsü xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS