SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 
Dünən gecə Türkiyənin Antalya şəhərində keçmiş SSRİ respublikalarından olan "oğruların" iştirakı ilə "sxodka" keçirilib.
 
Ölkə.Az xəbər verir ki, kriminal "sxodkada əsasən Rövşən Lənkəranskiyə yaxınlığı ilə bilinən gürcü avtoritetləri iştirak ediblər. 

Kriminal yığıncaq Lənkəranskinin yaxın dostu Merab Canqveladzenin (Merab Suxumski) rəhbərliyi altında keçirilib.

"Sxodkada" tanınmış "oğrulardan" Merab Baxiya, Roin Uqlava, İrakliy Kaliçava, Koba Axvlediani, Zurab Dqebuadze iştirak ediblər.

"Sxodka" zamanı Rövşən Lənkəranskinin ölümünün təşkilatçıları və icraçılarına ölüm hökmü çıxarılıb.
 
BAKU.WS