SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Kürd informasiya agentliyi "Fırat" iki türk tankının görüntüsünü yayımlayıb.
 
BAKU.WS-in məlumatına görə, görüntülərdə türk tanklarının raket zərbələri ilə vurulduğu əks olunur. 

Türk zirehli texnikası Suriyanın Cerablus şəhərində İŞİD terror təşkilatına qarşı əməliyyatda iştirak edir. Hücum nəticəsində bir türk əsgəri şəhid olub, daha üç nəfər isə yaralanıb. 

Məlumata görə, zirehli texnika YPG kürd dəstələri tərəfindən atəşə tutulub. Kürdlər Rusiya istehsalı tank əlehinə raketlərdən - "Korneti" istifadə edib.
 
 
Şahin Həbibov
BAKU.WS