SİZİN REKLAM BURADA!
055 213 76 73


Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Zülfü Hacıyev küçəsində qeydə alınıb.

Belə ki, yolu keçmək istəyən piyada, 2009-cu il təvəllüdlü Babayeva Günay Samir qızını "Xəzər Azsamand" markalı avtomobil vurub. 13 yaşlı G. Babayeva aldığı xəsarətlərdən dünyasını dəyişib. Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS