Lazada baş verənlərlə bağlı İCRA HAKİMİYYƏTİNDƏN AÇIQLAMA - VİDEO

Qəbələnin Laza kəndində yerli sakinlər yolu bağlayaraq turistləri kəndə buraxmayıb. Sakinlər bu addımı kənd yollarında yaranan nəqliyyat sıxlığına görə atdıqlarını bildiriblər. Kəndə turist kimi gələn şəxslərin qarşısını kəsən sakinlər avtomobildən istifadə edilməməsini tələb edib.
BAKU.WS xəbər verir ki, Qəbələ rayon icra hakimiyyəti başçısının müavini Arif Allahverdiyev baş verənlərə aydınlıq gətirib.
Bu haqda BAKU.TV-yə danışan qurum rəsmisi, hazırda insident yaşanan ərazidə vəziyyətin yaxşı olduğunu və kəndin əhali tutumunun normal qaydaya salındığını deyib:
"İnsanlar avtomobillərlə istirahətə gedib. Yerli camaat isə kənddə hərəkət edə bilmirik deyərək etiraz edib. Həmin vaxt kəndə gələnlərin bir hissəsi qayıtdı. Bununla da, kəndin adamgötürmə qabiliyyəti tənzimləndi".
Xatırladaq ki, məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, əraziyə cəlb edilən polis əməkdaşları, eləcə də digər aidiyyəti qurumların əməkdaşları həmin şəxslərlə profilaktik söhbət aparıb və görülən zəruri tədbirlərlə nəqliyyatın axını bərpa edilib.
Oxşar xəbərlər
DİN-dən Laza sakinlərinin turistləri kəndə buraxmaması ilə bağlı AÇIQLAMA - VİDEO - YENİLƏNİB
"Qəbələ rayonunun Laza kəndində yolun darlığı avtomobillərin hərəkətində çətinliyə səbəb olub və buna görə yerli sakinlərlə gələn turistlər arasında sözlü mübah...
