SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Burnundan əməliyyat olunarkən dünyasını dəyişən 17 yaşlı qızın fotosu yayılıb.
 
BAKU.WS-in məlumatına görə, Aygül adlı gənc qızın yanında əyləşən onun qardaşıdır. Gənc qız bu il 601 bal toplayaraq Bakı Dövlət Universitetinə daxil olub.
 
Xatırladaq ki, Gəncə şəhər sakini 17 yaşlı Aygül Orucova burnundan estetik əməliyyat edilən zaman narkozdan ayılmayıb. Həkimlər tərəfindən göstərilən tibbi yardımlara baxmayaraq gənc qızın həyatını xilas etmək mümkün olmayıb.

Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Şahin Həbibov
BAKU.WS