Tovuzda elektrik stansiyasında yanğın olub - YENİLƏNİB

Tovuzda elektrik stansiyasında yanğın olub - YENİLƏNİB
Hadisə 130

"Tovuzdakı yarınstansiyada yanğın 6 kv-luq xəttə izolyasiyalı xəttin qızması nəticəsində baş verib".

Bunu BAKU.WS-ə "Azərişıq ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Mustafayev bildirib.

"Qısa müddətdə yanğının qarşısı alınıb. Elektrik enerjisi təchizatı kəsilən bir neçə küçə ən qısa vaxtda alternativ xətlə elektrik enerjisi ilə təmin edilib"-deyə o bildirib

***22:05

Tovuzda elektrik stansiyasında baş verən partlayış yanğına çevrilib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Tovuz elektrik stansiyasında qeydə alınıb.

Dərhal hadisə yerinə FHN-in canlı qüvvəsi və yanğınsöndürən avtomobilləri cəlb olunub. Yanğın söndürülüb. Hazırda rayona elektrik enerjisinin verilməsi dayandırılıb.

Son xəbərlər