SİZİN REKLAM BURADA!
055 213 76 73


Yeni qaydalara əsasən sürücülərin məsuliyyətə görə ödədiyi sığorta haqqı onların daşıdığı riskin səviyyəsinə görə müəyyənləşdirililəcək. Yəni, məsuliyyətli və məsuliyyətsiz sürücülər bir-birindən fərqlənəcək.

BAKU.WS xəbər verir ki, baza sığorta haqqı dəyişdirilməyəcək, 50 manat olaraq qalacaq. Lakin risk səviyyəsinə görə baza sığorta haqqına yeni əmsallar tətbiq ediləcək.

Nəqliyyat vasitələrinin daha sıx, intensiv olduğu yerlərdə yol-nəqliyyat hadisələrinin tezliyi daha yüksək olur. Bu səbəbdən Bakı şəhərinə, Sumqayıt və Abşerona yüksək əmsal tətbiq ediləcək. Digər bölgələrdə sürücülər isə daha az sığorta haqqı ödəyəcəklər.

Bununla yanaşı köhnə nəqliyyat vasitələrinin yol-nəqliyyat hadisə tezliyi yüksək olduğundan istismar müddəti 10 ili aşan nəqliyyat vasitələrinə 1,05, 20 ili aşan nəqliyyat vasitələrinə 1,1 əmsalı, istismar müddəti 10 ildən az olan nəqliyyat vasitələri üçün isə 1 əmsalı tətbiq olunacaq.

BAKU.WS
VİDEO