Bakıda toyda bıçaqlanan tamadanın son vəziyyəti AÇIQLANDI

05
iyl
2022
12:33
Ötən günlərdə Bakıda məşhur tamada Natiq Dağlaroğlu (Yaqub Mehdiyev) “Altun” sarayından oğlu ilə birlikdə çıxarkən 1987-ci il təvəllüdlü Məmməd Hüseynov adlı şəxs tərəfindən bıçaqlanıb.
BAKU.WS xəbər verir ki, tamadanın vəziyyəti ilə bağlı oxu.az-a danışan oğlu Məhəmməd İsak əməliyyat olunduqdan sonra reanimasiya şöbəsinə yerləşdirilən atasının hələ də palataya köçürülmədiyini bildirib.
“Əvvəlki halına nisbətən yaxşılaşmağa doğru getsə də, tam olaraq yaxşı demək olmaz. Atam hələ də reanimasiyadadır. Özünə gəlməyini gözləyirik”, - deyə oğlu qeyd edib.
Oxşar xəbərlər
Toyda bıçaqlanan Natiq Dağlaroğlunun oğlu: "Səni deşərəm" deyib, hücum etdi
Bakıda toyda bıçaqlanan məşhur tamada Natiq Dağlaroğlundan xəbər var. BAKU.WS xəbər verir ki, zərərçəkənin oğlu Məhəmməd atasına olan hücumla bağlı Milli.Az-a d...