SİZİN REKLAM BURADA!
055 213 76 73


Kəlbəcər Rayon Məhkəməsinin sədri, hakim Həsən Qəniyevlə Gəncə ASAN Vəkil Bürosunun vəkili Natiq Əliyev arasında insident baş verib.

BAKU.WS “e-huquq.az”a istinadən xəbər verir ki, hadisə məhkəmə iclasında qətnamənin elan edilməsindən sonra baş verib. Belə ki, vəkil prosesin tam şəkildə məhkəmə iclas protokoluna qeyd edilməsini tələb edib.

Bundan sonra hakimlə vəkil arasında mübahisə yaranıb, hətta əlbəyaxa dava düşüb.

Məsələ ilə bağlı Məhkəmə-Hüquq Şurasına və Vəkillər Kollegiyasına müraciət edilib.

Hadisənin tam təfərrüatı məlum deyil.

BAKU.WS