SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bu gün "ANS” Müstəqil Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı şikayətinə baxılıb.
 
Qafqazinfo-nun məlumatına görə, məhkəmə iclasında ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev çıxış edib.
 
O bildirib ki, istinad etdikləri qanun maddəsi Apellyasiya Məhkəməsinin ünvanını göstərir:

"Əgər qanunda hansısa anlaşılmazlıq varsa, bunun üçün presidentimiz var. Nəzərə alın ki, söhbət canidən, düşməndən getmir. Mindən çox əməkdaşı olan böyük şirkətdən gedir. Hansı ki, bu şirkət ağır durumdadır, işçiləri işsiz, maaşsız qalıb. Biz iddiaçı tərəf olaraq məhkəmədən xahiş edirik ki, ANS-in bu ağır vəziyyətinə son qoysun”.

İclasdan sonra jurnalistlərin suallarını cavablandıran Mirşahin Ağayev isə bildirib ki, məsələnin qanun çərçivəsində həllini tapacağına inanırlar: "Biz dövlətin müəyyən instansiyası olan məhkəməyə müraciət etmişik. Əgər bu məhkəmənin qərarından narazı qalsaq, digər instansiya məhkəmələrinə müraciət edəcəyik. Ancaq məsələnin qanun çərçivəsində həllinin tərəfdarıyıq.

Hamı dünyaya gələndə bilir ki, nə vaxtsa rəhmətə gedəcək. Heç kim də inanmır ki, sabah rəhmətə gedəcək. Ona görə də hər şeyə belə mütləq inanmayaq. Qanunların ədalətli şəkildə bərpa olunduğu faktlarımız da çoxdur. Təbii ki, beynəlxalq təşkilatlar da bu işlə maraqlanır. Onları maraqlandıran suallar var. Cavablarını müxtəlif səviyyələrdə verənlər var. Biz də o sualların cavablarını imkan düşdükcə veririk. Lakin bu cavablar heç bir halda Azərbaycan dövlətinin imicinə zərər gətirmir. Biz dövlətdən dəstək gözləyirik və dövlətimizə inanırıq. Dövlətimiz olan yerdə başqalarından heç nə istəmirik.

Yaranmış anlaşılmazlıq, 25 illik tarixi olan kanalın fəaliyyətinin dayandırılması pozitiv deyil. Belə bir qərarı dəyişdirmək gücü olan dövlətimiz var. Biz inanırıq ki, qanunlarla ədalət bərpa olunacaq. Buna inanmasaq bu gün burda olmazdıq. Azərbaycanın müstəqillik yaşı ilə həmyaşıdıq”.
 
BAKU.WS