SİZİN REKLAM BURADA!
055 213 76 73


Gəncədə dəmir yolunun yaxınlığında meyit tapılıb.

BAKU.WS APA-ya istinadla xəbər verir ki, araşdırma zamanı həmin şəxsin Ucar rayon Qazqumlaq kənd sakini 59 yaşlı Emilov Şaban Əlibaba oğlu olduğu müəyyən olunub.

İlkin məlumata görə, Şaban Emilov yaxın zamanlarda dəmir yollarında işə düzəlib.

Onun ürəktutmasından dünyasını dəyişdiyi ehtimal olunur.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə regional mərkəzinə təhvil verilib.

BAKU.WS