SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Xaçmazda dəhşətli qətl törədilib.

BAKU.WS-in məlumatına görə, Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Uzunoba kəndində qeydə alınıb. Kənd sakini, 1954-cü il təvəllüdlü Məlikməmməd Adıgözəlov sərxoş halda gəlini, 1984-cü il təvəllüdlü Rəmziyyə Əbdürrəhmanovanı yaba ilə çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib.
 
Hadisəni törədən M.Adıgözəlov saxlanılıb.
 
Faktla bağlı Xaçmaz Rayon Prokurorluğundan Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

 Kənd sakinlərinin Aznews.az-a verdiyi məlumata görə, Rəmziyyə yoldaşından 5-6 il əvvəl rəsmi şəkildə boşanıb. Lakin o, hələ də keçmiş ərinin evində qalırmış: "Onun Elsəvərlə evliliyindən 2 qızı,1 oğlu olub. Böyük qızın 14, ikincinin 12, oğlanın 9 yaşı var. Sonra qadın düzgün yolda olmadığına görə boşanıblar. Boşanandan sonra Elsevər başqa bir qadınla ailə qurub. Həmin qadından da iki uşağ var. Təxminən evdə 10 nəfər qalıblar. Amma münasibətləri yaxşı olmayıb. Rəmziyyənin davranışları, düzgün yolda olmaması səbəbindən həmişə problemləri olub. Rəmziyyə qonşu kənddən olub. Lakin qadın heç vaxt valideynlərinin yanına qayıtmayıb. Bunun səbəbini isə bilmirik".

Sakinlərin sözlərinə görə, hadisə baş verəndə evin digər sakinləri də orada olublar: "Aralarında dava olub. Gəlin qonşunun həyətinə qaçıb. Qayınatası da arxası ilə qaçıb və onu yaba ilə vurub öldürüb".
 
BAKU.WS