SİZİN REKLAM BURADA!
055 213 76 73


“Dünən Bakıda baş vermiş faciəvi partlayışda yaxınlarını itirən ailələrə dərin hüznlə başsağlığı veririk”.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva bildirib.

"Yaralıların tezliklə sağalmasını diləyirik", - Vladanka Andreeva qeyd edib.

Bundan başqa, Ukrayna səfirliyi də Bakıdakı partlayışla bağlı başsağlığı verib.

"Bakının mərkəzində gecə baş verən partlayış nəticəsində ölənlərin olması xəbəri bizi son dərəcə sarsıtdı. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və xəsarət alanların tezliklə sağalmasını diləyirik", - paylaşımda deyilir.

Qeyd edək ki, hadisə bu gün saat 03:00 radələrində Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda baş verib. Partlayış zamanı ümumilikdə 31 nəfər müxtəlif dərəcəli xəsarət alıb, 1 nəfər vəfat edib. Baş vermiş partlayış zamanı xəsarət alanlardan 2 nəfər xarici ölkə vətəndaşıdır. Həmçinin 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə də ziyan dəyib

BAKU.WS