SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən gün Səbail rayonu ərazisində yerləşən gecə klublarından birində baş verən partlayış zamanı xəsarət alanların son vəziyyəti açıqlanıb.

Baku TV-nin müxbiri Bakıda gecə klubunda partlayış zamanı xəsarət alanların bir hissəsinin yerləşdirildiyi Nərimanov Tibb Mərkəzindən reportaj hazırlayıb.

Tibbi Mərkəzin baş həkimi bildirib ki, bu gün saat 03:00 radələrində yanıq mərkəzinə ağır vəziyyətdə olan 16 yaralı daxil olub:

“Vəziyyətlərinə görə 6 nəfər ağır yaralı olduğu üçün reanimasiya şöbəsinə, digər 10 nəfər isə palatalara yerləşdirilib. Hazırda reanimasiya şöbəsində olan xəstələrin müalicəsi davam edir. Palatalarda olan xəstələrin isə vəziyyəti stabildir”

***07:55

"3 aprel 2022-ci il tarixdə saat 03:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda yanğınla nəticələnən partlayış baş verib.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

"Hazırda prokurorluq, Daxili İşlər, Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti orqanların nümayəndələri hadisə yerindədilər. Prokurorluğun müstəntiqləri və kriminalistləri tərəfindən zəruri istintaq hərəkətləri həyata keçirilir.

İlkin məlumata əsasən, hadisə nəticəsində 1 nəfər ölüb, 31 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. İctimaiyyətə əlavə məlumat veriləcək", - Baş Prokurorluqdan əlavə edilib.

*** 05:20

Bakıda partlayışın baş verdiyi əraziyə baş prokurorun birinci müavini Elçin Məmmədov gəlib.

Bu barədə “Report”un hadisə yerində olan əməkdaşı xəbər verir.

Qeyd edək ki, hadisə Səbail rayonu, Tərlan Əliyarbəyov 9 ünvanında yerləşən gecə klubunda qeydə alınıb. İlkin məlumata görə, partlayış zamanı 1 nəfər ölüb, daha 24 nəfər xəsarət alıb.

Partlayış propan qaz balonunun partlaması səbəbindən baş verib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və təcili yardım briqadaları cəlb edilib.

BAKU.WS
VİDEO