SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı şəhəri Səbail rayonu, Əliyarbəyov küçəsində yerləşən gecə klubunda baş verən partlayışla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma tədbirləri davam etdirilir.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, cinayət işi üzrə müvafiq ekspertizalar təyin olunmaqla zəruri istintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, hadisə bu gün saat 03:00 radələrində Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda baş verib. Partlayış zamanı ümumilikdə 31 nəfər müxtəlif dərəcəli xəsarət alıb, 1 nəfər vəfat edib. Baş vermiş partlayış zamanı xəsarət alanlardan 2 nəfər xarici ölkə vətəndaşıdır. Həmçinin 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə də ziyan dəyib.

BAKU.WS
VİDEO

QALEREYA