SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Türkiyədə hərbi çevrilişə cəhddən sonra dövlət qurumlarında aparılan əməliyyat davam edir.

BAKU.WS "Hürriyet”-ə istinadən məlumat verir ki, Türkiyə ərazisində yüksək rütbəlilər də daxil olmaqla, 7 min 850 polis vəzifəsindən uzaqlaşdırılıb. Ankaradan bütün vilayətlərə işdən çıxarılacaq şəxslərin siyahıları göndərilib.  
 
Ötən gecə boyunca polis idarələrinə və bölmələrinə çağırılan həmin polislərin silahları və şəxsi sənədləri müsadirə edilib.
 
Vəzifəsindən azad edilənlərin daha sonra məhkəməyə çıxarılacağı bildirilir. 
 
BAKU.WS