VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda ana və övladlarını qətlə yetirən Əhəd Əliyev 2010-2015-ci ildə Saatlı rayon Novruzlu kənd məktəbinin direktoru, 2015-ci ildən sonra Sabirabad şəhər N. Nərimanov adına 2 saylı Beynəlmiləl Təbiət və Texniki təmayüllü məktəbdə dərs deyib.

BAKU.WS Qaynarinfo-ya istinadən uzun illər müəllim işləyən Əhəd Əliyevin fotosunu təqdim edir:

Qətlə yetirilən 1983-cü il təvəllüdlü Qaraxanova Gülnar Malik qızı və onun övladları - 2008-ci il təvəllüdlü Qaraxanlı Lamiyə Fəsahət qızı, 2011-ci il təvəllüdlü Qaraxanlı Ataxan Fəsahət oğlu bu gün Sabirabadda dəfn ediləcəklər. Gülnar Qaraxanovanın xaricdə ticarətlə məşğul olan həyat yoldaşı ailəsinin dəfnində iştirak etmək üçün vətənə dönüb.

İlkin məlumata görə, qətlə yetirilən G.Qaraxanovanın bacısının əri - Əhəd Əliyev cinayəti tamah məqsədi ilə törədib. Həmin şəxsin evdən apardığı pulun bir hissəsi - 20 min manat da ondan dəlil kimi aşkar edilərək götürülüb. O, polis əməkdaşları tərəfindən keçirilən intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

***12:41

Dünən Bakıda qətl hadisəsi baş verib. 1983-cü il təvəllüdlü Qaraxanova Gülnar Malik qızı və onun övladları - 2008-ci il təvəllüdlü Qaraxanlı Lamiyə Fəsahət qızı, 2011-ci il təvəllüdlü Qaraxanlı Ataxan Fəsahət oğlu bıçaqlanaraq qətlə yetirilib.

Bakıda ana və iki övladının vəhşicəsinə qətlə yetirilməsinin bir neçə təfərrüatı məlum olub.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, ailənin yaxın qohumu olan qatilin (qadının bacısının əri) 23 min manat borcu olub.

Bu səbəbdən Əhəd Əliyev qohumunu öldürmək və əldə etdiyi pulla borcunu bağlamaq istəyib.

Məlumat üçün bildirək ki, qətlə yetirilən Gülnar Qaraxanovanın əri TIR şoferi olub, onun ölkə xaricində olduğunu öncədən bilən Ə.Əliyev hadisəni törədərək əslində evdən 20 min manat deyil, 43 min manat pul oğurlayıb. O, quldurluq yolu ilə ələ keçirdiyi puldan 23 minini borcunu bağlamaq üçün istifadə edib.

***12:22

Bakıda ana və onun övladlarını qətlə yetirən Əhəd Əliyev əvvəllər Saatlı rayon Novruzlu kənd məktəbinin direktoru vəzifəsində çalışıb.

BAKU.WS xəbər verir ki, bu barədə Report-a onun yaxınları məlumat verib.

Məktəbdən isə “Report”a fakt təsdiqlənib. Bildirilib ki, cinayət törətməkdə şübhəli bilinən Əhəd Əliyev təxminən 2007-ci ildən 2014-cü ilədək məktəb direktoru vəzifəsində çalışıb:

"O, Sabirabad rayonunda yaşayırdı. Prokurorluq nümayəndələri başqa bir işlə bağlı direktorun fəaliyyət dövrünü əhatə edən sənədləri Saatlı Rayon Təhsil Şöbəsindən götürüblər”.

Qeyd edək ki, qətl hadisəsi fevralın 20-də paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1983-cü il təvəllüdlü Gülnar Qaraxanova kirayədə yaşadıqları evdə iki azyaşlı övladı ilə birgə qətlə yetirilib.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hadisəni törətməkdə şübhəli bilinən 1981-ci il təvəllüdlü Əhəd Əliyev polis əməkdaşları tərəfindən keçirilən intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

BAKU.WS