055 213 76 73
Türkiyənin Bolu əyalətinin Mengen rayonunda qəribə hadisə baş verib.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, Mengen Dövlət Xəstəxanasının mühafizə xidmətinin əməkdaşı Tahan Taylan Eraslan həyətdə saxladığı avtomobilinin mühərrikinin yağını dəyişmək istəyərkən ilanla qarşlaşıb.
Mühərrikə dolanmış ilanı görən sürücü iş yoldaşlarını köməyə çağırıb. Onlar çubuqla ilanı çıxarmağa çalışsalar da cəhdləri uğursuz olub. Hadisə yerinə xilasedicilər çağırılıb.
Xilasedicilər ilna sakitləşdirici iynə vuraraq çıxarıblar.
BAKU.WS