SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda bir ailənin iki körpəsi dəm qazından zəhərlənib.

BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb. Əmircan qəsəsində 2019-cu il təvəllüdlü Talıbzadə Yağmur Ülvi qızı və 2021-ci il təvəllüdlü Talıbzadə Dəniz Ülvi qızı yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.

BAKU.WS