SİZİN REKLAM BURADA!
055 213 76 73


Abşeronda dəm qazından zəhərlənmə hadisəsi baş verib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Masazır qəsəbəsində qeydə alınıb. 1995-ci il təvəllüdlü Mahmudova Zəhraxanim Azər qızı və 3 yaşlı övladı Mahmudova Lalə Toğrul qızı yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.

BAKU.WS