SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün Sumqayıt şəhərinin 1-ci, 2-ci, 4-cü, 5-ci, 6-cı, 10-cu, 11-ci, 12-ci, 13-cü və 17-ci mikrorayonlarına, 34-cü, 45-ci və 47-ci məhəllələrinə, Corat qəsəbəsinin bir hissəsinə, Yaşıldərə yaşayış massivinı içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə BAKU.WS-ə "Azərsu" ASC-dən bildirilib.

Məlumata görə, buna səbəb Sumqayıtın bir hissəsini içməli su ilə təmin edən 450 mm diametrli magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılmasıdır.

Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.

BAKU.WS