SİZİN REKLAM BURADA!
055 213 76 73


Gün ərzində Xətai rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

BAKU.WS xəbər verir ki, bu barədə, “Azərsu” ASC-dən məlumat daxil olub.

Belə ki, magistral su xəttində baş vermiş qəza ilə əlaqədar rayonun Lütfi-zadə (keçmiş Telnov), Əliağa Şıxlinski, Səmədbəy Mehmandarov, İnqilab İsmayılov, Nəsirəddin Tusi küçələrinə, həmçinin, Gəncə prospekti və Seyid Əzim Şirvani küçəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

BAKU.WS