SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda özünü “Azərsu” İB-nin əməkdaşı kimi tanıdıb obyektlərdən pul yığan şəxs peyda olub.

Hadisə 23 yanvar tarixində baş verib. Belə ki, özünü “Azərsu” İB əməkdaşı kimi təqdim edən şəxs sayğacı yoxladıqdan sonra, daha sonra gələcəyini bildirərək əlaqə nömrəsi qoyub.

Baku TV həmin şəxsdən şikayət edən Aytən Məhərrəmova ilə söhbət edib.

O bildirib ki, həmin şəxs əgər müəyyən ödəniş etməsələr, sularını kəsəcəyini deyib.

“Sayğacımızı yoxlayıb, problem olduğunu dedi. Bizdən 80 manat alıb, nömrəsini bizə verdi, dedi ki, gəlib düzəldəcəyik” – deyə şikayətçi qeyd edib.

Həmin şəxs ərazidəki digər mağazalara da yaxınlaşıb.

Digər şikayətçi Fatma Şirinova bildirib ki, özünü “Azərsu” İB-nin əməkdaşı kimi təqdim edən şəxs onlardan nə az, nə çox, 380 manat istəyib.

Daha ətraflı Baku TV-nin süjetində:

BAKU.WS
VİDEO